Google-un ən populyar qurğusunun satışı başlanır

9 Aprel 2014 19:57
Google korporasiyası Chromecast yığcam media pleyerinin ABŞ-dan kənarda 11 yeni ölkədə satışlarına başlayır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunu Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Norveç, İspaniya, Hollandiya, İsveç və Böyük Britaniyada satın almaq olar. Chromecastı müəyyən ölkələrdə yerli xidmətlər dəstəkləyir. Yaxın gələcəkdə məhsul başqa dövlətlərdə də satışa çıxarıla bilər. Bundan başqa, bu yaxınlarda 50-dən çox dil dəstəyi əldə edib.

2013-cü ilin iyununda təqdim edilmiş Chromecast smartfon və ya planşetdəki videonu Wi-Fi vasitəsilə televizora ötürməyə imkan verir. Yığcam pleyer görünüşcə fləş-karta oxşayır və HDMI konnektor vasitəsilə televizora qoşulur. ABŞ-da bu pleyerin qiyməti 35, Avropada təxminən 30 dollardır.

Milli.Az