Böyük Britaniya hökumətində hazırda Windows XP platforması ilə işləyən təxminən 20 min fərdi kompüterdən istifadə olunur. Proqram nəhəngi ilə saziş Böyük Britaniya hökumətinə təxminən 9,1 milyon dollara başa gəlib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Hollandiya hakimiyyətinin proqram nəhənginə hansı məbləği ödəməsi açıqlanmır. Yerli Dutch News nəşri hesab edir ki, hökumətdə təxminən 34-40 min kompüter Windows XP sistemi ilə işləyir və Microsoft hər bir kompüter üçün 200 dollar tələb edir. Bu halda Hollandiya hakimiyyətinin ödəyəcəyi məbləğ 6,8-8 milyon təşkil edə bilər.
Xatırladaq ki, Windows XP platformasının rəsmi dəstəyi aprelin 8-də bitir. Microsoft ilk dəfə 2007-ci ildə bu barədə məlumat verib. Beləliklə, əməliyyat sisteminin yeni versiyalarına keçmək üçün hökumətlərin ehtiyatında 5 il vaxt olub.
Windows XP sistemi 2001-ci ildə çıxarılıb. Bir çoxları bu platformanı Microsoftun ən uğurlu məhsullarından biri hesab edirlər.
Milli.Az