Smartfonlara 30 saniyəyə enerji ilə yükləmək mümkün olacaq

9 Aprel 2014 18:42
Təl-Əviv Universitetinin alimlərinin bilavasitə iştirakı ilə yaradılmış İsrailin StoreDot startapı müasir dövrün aktual problemini - smartfonlarda batareya enerjisinin çatışmazlığını həll edəcək eyni adlı qurğusunu təqdim edib. Cihaz smartfonlara enerjini qənaətcil işlətməkdə deyil, smartfonların 30 saniyə ərzində enerji toplamasına kömək edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, enerji yükləmə qurğusunun iş prinsipi açıqlanmır; onun yaradıcıları yalnız deyirlər ki, cihazın hansısa bioüzvi nanokristallar əsasında yaradılıb. StoreDot qurğusunun işçi prototipi Samsung Galaxy S4 smartfonunu 30 saniyə müddətində enerji ilə doldura bilib.
 

Milli.Az