Windows Phone avtomobillərə keçir

9 Aprel 2014 20:44
Microsoft korporasiyası Windows Phone əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonu avtomobilin bort sistemi ilə sinxronlaşdırmağa imkan verən yeni Windows in the Car sistemini təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sistemin ilkin versiyası Build 2014 konfransında nümayiş olunub və hazırda real avtomobillərdə sınaqdan keçirilir.

Yeni servis Windows sistemli smartfondakı təsviri avtomobilin bort sisteminin displeyində göstərməyə, eləcə də zənglər etməyə, əyləncəli servislərdən və kartoqrafik əlavələrdən istifadəyə imkan verəcək.

Milli.Az