87 faiz iOS 7-dir

9 Aprel 2014 19:35
Apple şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş son araşdırmaya görə, hazırda Amerika şirkətinin mobil qurğularının 87 faizi iOS 7 əməliyyat sistemi ilə işləyir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, statistika Appleın rəsmi saytında tərtibatçılar üçün bölmədə nəşr edilib.

Əməliyyat sisteminin əvvəlki versiyası iOS 6 platforması hazırda mobil qurğuların 11 faizində quraşdırılıb. Ötən il dekabrın əvvəlinə olan məlumata görə, Appleın mobil qurğularının 74 faizinə iOS 7 mobil əməliyyat sistemi quraşdırılıb, dekabrın sonunda bu göstərici 78%-dək, yanvarın sonunadək 80%-dək artıb, martın sonunda isə artıq alma şirkətinin mobil qurğularının 85%-i iOS 7 ilə işləyir.

Milli.Az