Peyğəmbərimiz gözünə sürmə, saqqallına xına çəkib?

9 Aprel 2014 22:13
Milli.Az İslam.az-a istinadən bildirir ki, keçmiş zamanlarda kişilərin gözlərinə sürmə çəkməsi, saqqallarına xına (həna) yaxması, hətta saçlarına rəng qoyması adi hal sayılırdı. İslami mənbələrdə bu işlər müstəhəb sayılır və insana müxtəlif xəstəliklərdən şəfa verdiyi vurğulanır. Məsələn, gözə sürmə çəkmək görmə qabiliyyətini yaxşılaşdırır. Orta əsrlərdə həm Şərq, həm də Qərb ölkələrində bəzən kişilər qulaqlarına sırğa taxırdılar.

Sonralar bu hərəkətlərin bir qismi kişilərə yox, qadınlara aid olunub. Bunun səbəbi cəmiyyətə hakim olan dəyərlərin dəyişməsidir, din deyil. Bu gün də bəzi müsəlmanlar, xüsusilə, böyük din alimləri saqqallarına, əl və ayaqlarına həna yaxırlar.

Milli.Az