Renault-dan dəyişmiş kabriolet - FOTO

9 Aprel 2014 22:36
"Renault" şirkəti rəsmən yenilənmiş kupe-kabrioet "Megane CC"-i təqdim etdi və bununla bütün "Megane" ailəsinin restaylinqini başa vurdu. Qatlanan sərt damı olan kabriolet yenidən işlənmiş ban detalları və interyerin fərqli tərtibatı sayəsində təkcə daha dəbli olmadı, həm də başqa güc aqreqatları qamması əldə etdi.

Milli.Az Auto.az-a istinadən bildirir ki, modernləşdirilmiş mühərriklərlə birgə avtomobil məhsuldarlıq və qənaətin qarşılıqlı nisbətinə malik tamamilə yen mühərriklərlə də təchiz olunacaq. Restaylinq olunmuş kompakt kabriolet Fransa avtomobil istehsalçısının böyük firma emblemi olan başqa radiator barmaqlığı, böyük ventilyasiya dəlikləri olan yeni qabaq bamper və yeni dizaynlı qabaq optikaya malikdir.
 

Elektrik ötürücülü kontrast qara panoramlı damdan başqa (bütün modifikasiyalar üçün standart) qalan kosmetik yeniliklər demək olar ki, gözə görünmür. Salonda bəzək materiallarının keyfiyyəti yaxşılaşıb, mərkəzi konsol dəyişib və yeni 7-düymlük sensorlu ekranı olan R-Link multimediya sistemi meydana gəlib.
 

"Renault Megane CC" əvvəlki dizel mühərrikləri: 1,5 litr həcmli DCI 110 və 1,6 litr həcmli DCI 130-la təqdim olunacaq. Yayın əvvəlində köhnə 1,4 litrlik mühərriki əvəz edən 1,2 litrlik benzinlə işləyən TCE 130 turboaqreqatı olan versiya meydana gələcək.

Zəruri halda, məsələn, sürətin çox artması zamanı maksimal fırlanma anı 20 Nm arta bilər. Iki muftası olan avtomatik altıpilləli EDC sürət qutusu ilə birgə işləyərək bu mühərrik avtomobili 100 km/saata 9,5 saniyəyə sürətləndirir.
 

Bununla belə onun yanacaq sərfi 100 km gedişə 5,6 litr, atmosferə olan karbon tullantıları isə 129 q/km-ə bərabərdir. 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.