Mercedes-Benz-in yeni SL 400 rodsteri

9 Aprel 2014 20:38
Keçən həftə dolaşan şayiələrdən sonra alman şirkəti Mercedes-Benz rəsmən yeni SL 400 modelini təqdim etdi. Xatırladaq ki, avtomobil ictimaiyyəti almanların konveyerdə SL 350 modelini əvəz edəcək yeni modelin hazırlanması üzərində işlədiklərini geniş müzakirə edirdilər.

Bu gün artıq sirlərin üzərindən örtük çəkilmişdir! Mercedes-Benz SL 400 artıq şayiə deyil. Bu - real yeni modeldir! Onun kapotu altında E400 modelindən 3,0-litrlik tvin-turbo V6 mühərriki qurulmuşdur. Motor 333 at gücü və 480 Nm maksimal fırlanma anı hasil edir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, rəsmi məlumatlara görə qarışıq sikldə yeni model 100 kilometr yolda 7,3 litr yanacaq sərf edəcək.

Yeni mühərrik Avro-6 normalarına cavab verir. Mercedes-Benz SL 400 rodsterində bir çox detal, hissələr və aqreqatlar alüminiumdan hazırlanıb. Yeni modelin maksimal surəti elektronikayla məhdudlaşdırılmışdır və 250 km/saat təşkil edəcək. Mercedes-Benz SL 400 rodsteri 0-dan 100 km/saat qədər 5,2 saniyə ərzində sürətlənir.

Öz vətənində, Almaniyada, Mercedes-Benz SL 400 rodsteri 19% ƏDV daxil olmaqla 97 282 avroya satılacaq.

Milli.Az