Peugeot bilmədən sirr açıqladı

9 Aprel 2014 19:39
Fransız şirkəti Peugeot əvvəlcədən planlaşdırmadığı halda Exalt adlı tamamilə yeni dördqapılı idman kupesi konseptini açıqlayıb. İnformasiya və şəkil fransız kütləvi informasiya vasitələrlərindən daxil olub. Orada iddia edirlər ki, 2014-cü il Pekin avtosalonunda nümayiş etdiriləcək yeni modelin şəkili və onun haqqında məlumatı şirkət səhvən özü göndərib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, fransız markasının rəhbərliyi bildirib ki, yeni modelin kuzovu "xam polad və effektiv parça materialının assosiasiyası tərəfindən formalaşdırılır". Bu 2008-ci ildə BMW şirkətinin nümayiş etdirdiyi GINA Concept konseptin eynisidir. Ancaq o vaxt təqdim edilmiş Bavariya möcüzəsi ən azı fantastik görünürdü. Xatırladaq ki, BMW GINA Concept effektiv parçadan və hərəkətli metal kuzov panellərindən ibarət unikal kuzova malik idi. Bu sürücüyə istədiyi vaxt kuzovun formasını dəyişdirməyə imkan verirdi.

Bir sıra avtomobil nəşrlərinin yazdığına görə həftənin sonunadək fransız şirkəti Exalt Concept haqqında daha təfərrüatlı məlumat yaymalıdır.

Milli.Az