Audi yeni krossover göstərdi - FOTO

9 Aprel 2014 21:06
Audi şirkəti Q4 modelinin önizləməsi olacağı gözlənilən konseptual yığcam krossoverin təsvirlərini yaydı. Prototipin premyerası bu ay Pekin motorşousunda olacaq.

Yeni konseptual yolsuzluq avtomobili yanvarda Detroyt avtosalonunda debüt etmiş allroad shooting brake üçqapılı prototipi üslubunda yerinə yetirilmişdir. Ondan yeni model beşqapılı kuzovu, baş işığın fərqli işıq diod faraları, yenilənmiş bamperləri, həmçinin kəndarların və təkər tağlarının tərtibatı ilə fərqlənir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni konsept avtomobilin hansı aqreqatlarla təchiz ediləcəyi hələ dəqiqləşdirilmir.

BMW X4 ilə rəqabət təşkil etməli olan Q4 seriya krossoverinin seriyaya buraxılması artıq Audi rəhbərliyi tərəfindən bəyənilmişdir. Toplam olaraq alman istehsalçısı öz model sırasını 60 modelə qədər genişləndirmək niyyətindədir. Yaxın gələcəkdə marka yığcam Q1 yolsuzluq, Q6 (BMW X6 rəqibi) krossoveri, həmçinin iri yolsuzluq avtomobili Q8 buraxacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.