Ford-dan S-MAX Vignale - FOTO

9 Aprel 2014 18:51
Milan Design Week sərgisində Ford şirkəti yeni konseptual S-MAX Vignale minivenini nümayiş etdirib. Avtomobil orada adi ailə avtomobilinin premial versiyası kimi təqdim edilir. Model eksteryerin və interyerin daha bahalı tərtibatını və onunla birlikdə genişləndirilmiş standart komplektasiya əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yaraşıqlı konsept avtomobil altıbucaqlı radiator barmaqlığına, yüngül lehimli 21 düymlük disklərə və unikal "Milano Giorgio" boz rəngli kuzova malikdir.

Avtomobilin salonu başdan-başa dəri ilə işlənib. Bundan başqa içəridə daha incə kürsülər, alüminium dekor elementləri, firma yol çantası və dok-stansiya yer alıb.

Ford S-MAX Vignale seriya istehsalına 2015-ci ildə Mondeo Vignale sedanından sonra gedəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.