Azərbaycanda sərnişin mikroavtobusu aşdı, xəsarət alan var - VİDEO

8 Aprel 2014 21:31
Bu gün saat 19:30 radələrində Şəki ərazisində yol qəza hadisəsi qeydə alınıb.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 16-cı kilometrliyində Şəkinin Turan qəsəbəsi ərazisində baş verib. Belə ki, hadisə zamanı Şəki sakini 1973-cü il təvəllüdlü Mehdiyev Mübariz Ağayar oğlu idarə etdiyi 10-ND-924 dövlət nömrə nişanlı "Mersedes" markalı sərnişin mikroavtobusu ilə Xaldan istiqamətində hərəkətdə olarkən qəfildən idaretməni itirib və avtomobili aşırıb. Xoşbəxtlikdən qəza zamanı avtomobildə sürücü özü tək olub və o yüngül bədən xəsarətləri alıb.

Hadisə yerinə Şəki TTTYS-nin əməkdaşları cəlb olunub və xəsarət alan şəxsə elə hadisə yerindəcə ilkin yardımlar göstərilib. Qəzanın ilkin olaraq idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla əlaqədar baş dövlət yol polisi idarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az