Bakıda daha bir avtobus qəzası - FOTO

8 Aprel 2014 20:10
Bu gün Bakıda, Sabunçu rayonu ərazisində yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, qəza aeroport yolunun köməkçi hissəsində törədilib. 

İri tutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.

İlkin ehtimal kimi qəzaya səbəb asfaltın üzərindəki dairəvi yol nizamlayıcısından düzgün istifadə edilmədiyi göstərilir.

Hazırda polis hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, həmin ərazidə ay ərzində onlarla yol qəzası baş verib.

 Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.