Dönərxanalar yoxlanacaq - VİDEO

8 Aprel 2014 18:33

Yaxın vaxtlarda Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidməti Yevlax Ərazi İdarəsinin əhatə dairəsinə daxil olan rayon və şəhərlərdə fəaliyyət göstərən dönərxanalarda monitorinqlərə başlanacaq.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, idarənin baş məsləhətçisi Camal Babayev bildirib ki, artıq bununla bağlı dönərxanalara bildirişlər paylanıb. Camal Babayev deyib ki, ötən il idarənin apardığı monitorinqlər zamanı 5 dönərxanada aşkarlanan standartlara cavab verməyən və mənşəyi bəlli olmayan ətlər satışdan çıxarılıb.

Standartlardan kənar üsulla dönər bişirənlərə xəbərdarlıq edilib. Bəzi dönərxanalarda rəsmi sənədlərin və baytarlıq şəhadətnaməsinin olmadığı aşkarlanıb. Baş məsləhətçi dönər alan insanları da diqqətli olmağa çağırdı. O dedi ki, bəzi hallarda dönər anti-sanitar şəraitdə və mənşəyi məlum olmayan ətdən hazırlanır.

Milli.Az