Bakıda sərnişin avtobusu sürücüləri özlərini "Formula-1" trasında hiss etdilər - FOTO
8 Aprel 2014 18:01
Avtobusların daha bir özbaşnalığını əks etdirən fotoları yayımlanıb
Bu gün sosial şəbəkələrdə Bakıda avtobusların daha bir özbaşnalığını əks etdirən fotoları yayımlanıb.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, fotoda iki sərnişin avtobusu içərisində sərnişin dolu olan iki "Daewoo" markalı avtobus bir-birilə yarışıblar.
Belə ki, "Daewoo" markalı 10-TG-482 dövlət nömrə nişanlı avtobuslar, 24 saylı "Daewoo" markalı, 10-TG-463 dövlət nömrə nişanlı avtobus yarışıblar. Avtobusun içərisində olan sərnişinlər sürücüyə etiraz etsələr də, heç bir xeyri olmayıb. Sürücü sərnişinləri təhqir edib.
Avtobus sürücüləri bir müddət maşınları necə oldu sürüblər və qəza şəraiti yaradıblar, hətta yolun piyadalar üçün nəzərdə tutulan hissəsinə də keçiblər.
Məsələ ilə bağlı 24 saylı sərnişin avtobusunun dispeçeri Sərvər Əliyev açıqlamasında hadisə ilə bağlı məlumatsız oluğunu bildirib. Onun sözlərinə görə, bu, mütləq araşdırılacaq və sərnişinlərin əsəbləri ilə oynayan sürücü mütləq cəzalandırılacaq.
"Belə hallar olur. Sürücülərlə həmişə danışırıq ki, ehtiyatlı olsunlar. Mütləq bu məsələ araşdırılacaq və sürücü cəzalandırılacaq", - deyə Sərvər Əliyev bildirib.