Əməkdar artistə Hürrəm Sultanın libası hədiyyə olundu - FOTO

8 Aprel 2014 16:49

Əməkdar artist Elza Seyidcahana Türkiyə səfəri zamanı sürpriz ediblər

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənniyə "Hürrəm Sultan" libası hədiyyə edilib. Bu haqda müxbirimizlə söhbətində ifaçı özü deyib:

"Amasra şəhərində olanda çoxlu hədiyyələr aldım. Onların arasında bu libas da vardı. Həmin libasdan millət vəkili Qənirə Paşayevaya da bağışlayıblar. "Hürrəm Sultan"nın paltarlarına bənzəyir. Onu ilk dəfə Bakıda Türkiyə səfirliyinin keçirdiyi tədbirdə geyinmişdim. Hamı libasa heyran qalmışdı. Modelyer Fəxriyyə Xələfova da libasıma təriflər yağdırmışdı".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.