"Onlara sevişməyə icazə veriləcək"

8 Aprel 2014 16:32
Futbol üzrə Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari dünya çempionatı qabağı olduqca maraqlı açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Skolari bu yay Braziliyada keçiriləcək mundialla bağlı fikirlərini bölüşüb və futbolçuların şəxsi həyatına da toxunub:

"Futbolçulara mundial zamanı sekslə məşğul olmağa icazə veriləcək. Əgər söhbət normal seksdən gedirsə, icazə olar. Ancaq akrobatik pozalardan istifadə etmək olmaz, bu futbolçuların zədələnməsinə səbəb ola bilər"

Milli.Az