Sarkisyan Türkmənistana niyə getdi?

8 Aprel 2014 15:47
Ermənistan prezidenti Serj Sarkisyan Türkmənistana səfər edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, aprelin 8-də Sarkisyanın Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşü olub. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş olub. 

Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər ki, danışıqların nəticəsi olaraq iki ölkə arasında əməkdaşlığın inkişafına yönəlik bir sıra sənədlər imzalanıb. 

Milli.Az