Bakıda dəm qazı can aldı

8 Aprel 2014 14:50
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib.

Bakı şəhər sakini Fərqanə Abdullayeva evində huşsuz vəziyyətdə tapılıb. Həkimlər onun öldüyünü müəyyən ediblər. Araşdırmalar zamanı Fərqanə Abdullayevanın dəm qazından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az