Türkiyə vətəndaşı Azərbaycanda qəza törətdi

8 Aprel 2014 13:39
Ötən gün saat 22:20 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarət alıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə Şəki-Qax yolunda Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Türkiyə vətəndaşı Ferhat Elmasın idarə etdiyi Gürcüstan dövlət nömrə nişanlı "Nissan" markalı avtomobil yolda özbaşına dolaşan camışa çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Şəki Təcili Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları cəlb olunub. Qəza zamanı xəsarət alan şəxs Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Milli.Az