Tarkan yeni apartament aldı

9 Aprel 2014 14:16

Türkiyənin ən populyar müğənnisi Tarkan daşınmaz əmlaka sərmayə yatırmağa davam edir.


Milli.Az DHA-ya istinadən bildirir ki, müğənni İstanbuldakı "Özdilek Residence" yaşayış kompleksində yerləşən lüks apartamentə 5 milyon lirə ödəyib.


Hazırda Tarabyadakı villasında yaşayan Tarkan yeni mənzilində təmirə başlayıb.


Təmir yayın sonunda başa çatacaq.


Milli.Az