Tolik Natavanla Günaya söz atdı: "İnsanlar süniliklə səmimiyyəti ayıra bilirlər"

8 Aprel 2014 14:06
Prodüser Tolik "Onlar" verilişinə verdiyi açıqlaması ilə yeni qalmaqalın təməlini qoyub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, prodüser Anar Mədətovla aralarında olan münasibətdən danışan Tolik, daha sonra xalq artisti Aygün Kazımova və müğənni Röyanı da tərifləyib:

"Elton təlabatlı müğənnidir. Sevda gənclər arasında seçilir. Onlar prodüser kimi məni seçiblər. Bu böyük məsuliyyətdir. Onlar mənim bu günə qədər işlədiyim müğənnilər kimi olmayacaqlar.Elton məndən qabaq həmkarım Anar Mədətovla işləyib. Mahnılar oxuyub, konsertlər verib. Mən də çalışıram, ondan da yaxşı işlər görüm. Anar mənim dostumdur, amma eyni zamanda da rəqibimdir. Bəlkə də Anar özündən başqa heç kimi öndə görmür, amma mikrofonu əlinə alıb, şəhərdə sorğu aparsan, hamı Tolikin adını çəkəcək.

Mənim Aygün xanımla, Röyayla hazırladığım layihələr heç kimin ağlına gəlməyib. Mənim təşkil etdiyim böyük konsertləri nə Aygün xanım, nə də Röya üçün təşkil edən olmayıb. Bacarırıqsa, sağlam rəqabət aparaq. Çıxıb efirdə deyirlər ki, mən heç kimi təkrarlamıram. Bu faktdır: Günayla Natavan Aygün və Röya barışığını təkrarladı. Bu süni alınır. İnsanlar süniliklə səmimiyyəti ayıra bilirlər. Alınmayacaq. Bu ölkənin bir Aygünü, bir Röyası var".

Xatırladaq ki, bir müddət əvvəl Natavan Həbibi və Günay İbrahimli "Onlar" kamerası qarşısında barışdıqlarını sübut edərkən A.Kazımova və Röyanın bir vaxtlar dedikləri sözləri təkrarlamışdılar: "Mən Natavan, mən Günay "Onlar"da".

Milli.Az