Mətanət İsgəndərli: "Mənə narkoman deyəni..." - YENİLƏNİB

8 Aprel 2014 13:28
13:28

"Hansı əsasla mənə narkoman deyirlər?"

Bu sözləri "Axar.az"a müğənni Mətanət İsgəndərli haqqında yayılan narkoman iddiasıyla bağlı xəbərə münasibət bildirərkən dedi:

"Nəyə əsasən bu sözləri danışırlar?! Onlara kim ixtiyar verib bu sözləri deməyə? Mən həmin şəxsi tapsam, saçlarından tutub sürüyəcəm. Bu, bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə biriyəm. Kim görüb məni narkotik istifadə edərkən? Ayıb olsun sadəcə".

Xatırladaq ki, bu gün "Aznews.az" saytında müğənninin narkoman olmasıyla bağlı xəbər yayılmışdı.

----------
12:47

Bir neçə gün öncə tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq Hüseynov) verdiyi "şou biznesin 99 faizi narkomandır" açıqlaması geniş rezonansa səbəb olub. Hətta vəziyyət o həddə çatıb ki, narkotik istifadəçisi olan şou nümayəndələri gitaraçıya qarşı birləşmək niyyətindədirlər.

Milli.Az xəbər verir ki, belə bir vaxtda aznews.az olduqca ilginc siyahı əldə edib. Cəmiyyətdə şok effekti yaradacaq, narkotik aslılığından əziyyət çəkən sənət adamlarının adlarının qeyd olunduğu bu siyahını tam şəkildə çap etmirik. Amma həmin şəxslərin bu ziyanlı vərdişlərini sübut edən faktları əldə etdikcə, onları sizə təqdim edəcəyik.

İndiliksə narkotik asılılığından əziyyət çəkməsi barədə xeyli sübutların olduğu bir sənətçinin adını çəkməklə kifayətlənirik. Bu, tanınmış müğənni, respublikanın əməkdar artisti Mətanət İsgəndərlidir.

Mənbənin sözlərinə görə, müğənnidə bu asılılıq onda təxminən on ildir ki, yaranıb.
Məlumata görə, M.İsgəndərlinin narkotiklərdən istifadə etməsi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı, itkin düşmüş MTN zabiti Mahir Abdullayevlə münasibətlərinin yaranmasından sonraya təsadüf edir. Məlumdur ki, müğənninin adı Mahir Abdullayevlə bağlı açılmış cinayət işində də hallanırdı.

Xatırlatmaq yerinə düşər ki, hələ dörd il öncə sənətçinin keçmiş həyat yoldaşı da müğənninin zərərli vərdişlərdən əziyyət çəkdiyinə eyham vurmuşdu: "Mən Mətanəti evdən artıq onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi, amma hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi".

Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin bu gün Aznews.az saytında yayımlanan "narkoman" iddiasına cavab gecikməyib.

"Qafqazinfo"ya açıqlamasında sənətçinin bacısı, eyni zamanda köməkçisi olan Təranə İsgəndərli bildirib ki, bu məlumatlara cavab vermək həvəsində deyillər. O, Azərbaycan mətbuatının nəzarətsiz və ölçü-biçisiz şəkildə olduğunu, hər kəsin istədiyi mövzuda yazdığını qeyd edib:

"Azərbaycan xalqı uzun illərdir ki, Mətanət İsgəndərlini tanıyır. O, xalqın gözü qarşısındadır. Narkoman olsa, bunu hamı bilər. Xəbər yalan olduğu üçün, bizi o qədər də qıcıqlandırmır. İmkan verin yataq, axşam rayondan toydan gəlmişik".

Milli.Az