Şok: məşhur türk aktyor atəşə tutuldu - FOTO

8 Aprel 2014 11:47

Türkiyənin ən məşhur aktrisa və aparıcılarından olan Pınar Altuğun əri, aktyor Yağmur Atacan güllələnib.


Milli.Az DHA-ya istinadən bildirir ki, olay İstanbulun Beşiktaş səmtində, Etiler məhəlləsində baş verib. Ülgen küçəsində avtomobilinə minərkən Yağmur Atacana küçədə duran avtomobildən atəş açılıb.


Atəş zamanı Yağmur Atacan yerə yıxıldığı üçün yaralanmayıb.


Bir neçə atəş açılandan sonra səkinin kənarında durmuş avtomobil hadisə yerini tərk edib.


Hadisə yerinə gəlmiş polis atəş açan şəxs və ya şəxsləri axtarır.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.