Vüsalə Əlizadə: "Peşman deyiləm"

8 Aprel 2014 12:13
Bu günlərdə "APA TV"də yeni işə başlayan aparıcı Vüsalə Əlizadə yeni layihəsindən söz açıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yeni işindən ağızdolusu danışan aparıcı əvvəlki layihəsinin təxirə düşməyinin səbəblərini açıqlayıb:

"APA TV-dən təklif aldım. Şərtlər mənə uyğun olduğu üçün qəbul etdim. Qətiyyən peşman deyiləm. Maraqlı layihədir. Uzun müddətdən sonra yenidən özümü istədiyim kimi göstərməyi bacarıram. Bilirsiniz ki, bir neçə il efirə tək çıxmadım.

Bu özümü istədiyim kimi göstərməyimə mane olurdu. Yeni proqram əvvəllər barəsində danışdığım layihə deyil. Söz verdiyim kimi, həmin layihəni də həyata keçirəcəm. Sadəcə o veriliş böyük vəsait tələb edirdi. Bu da vaxtı uzadırdı. İndi qərara gəldik ki, həmin verilişi sentyabrdan yayımlayaq".

Milli.Az