"Bavariya"nın superforvardı "Yuventus"a keçəcək?

8 Aprel 2014 13:21

"Bavariya"nın hücumçusu "Yuventus"un hədəfində

İtaliyanın "Yuventus" klubu mövsümün sonunda növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Turin təmsilçisi "Bavariya"nın hücumçusu Mario Mandzukiçə "elçi" düşüb.

A Seriyasının hazırkı lideri "Yuventus" klubu yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır. 27 yaşlı futbolçu "Yuventus"un transfer siyahısının başında yer alır. Son İtaliya çempionu xorvatiyalı futbolçunun keçidi üçün qarşı tərəfə 20 milyon avro təklif edib. Lakin Münhen təmsilçisi hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Mandzukiç 2012-ci ildə 12 milyon avro qarşılığında "Volfsburq"dan "Bavariya"ya transfer olunmuşdu.

Milli.Az