Gülündən yarınmadı, güldana qurban getdi

8 Aprel 2014 10:44
Azərbaycanda ər həyat yoldaşını qətlə yetirib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 80 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda yaşayan 1947-ci il təvəllüdlü Həbib Vahab oğlu Həbibov ailə münaqişəsi zəminində 1957-ci il təvəllüdlü həyat yoldaşı Nənəxanım Həbibovanı döyüb və başına güldan vuraraq qətlə yetirib.
 
Hadisəni törədən H.Həbibov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Milli.Az