"Yuventus" pulsuz aldığı ulduzunu "Arsenal"a satacaq?

8 Aprel 2014 14:24

İngiltərənin "Arsenal" klubu hücumçu axtarışlarını davam etdirir

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisi "Yuventus"un forvardı Fernando Lyorenteyə "elçi" düşüb.

"Arsenal"ın baş məşqçisi Arsen Venger ispaniyalı futbolçunu Oliver Jirunun yanında oynatmağı planlaşdırır. "Topçular" daha öncə "Liverpul"un hücumçusu Luis Suarezlə maraqlansalar da, uruqvaylı futbolçunun Madrid "Real"ında oynamaq istəməsi "Arsenal"ı çətin vəziyyətdə qoyub. Bu səbəbdən "Arsenal" hazırda bütün diqqətini Lyorenteyə yönəldib.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm "Atletik" (Bilbao) klubundan "Yuventus"a transfer olunub.

Milli.Az