MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının iştirakçıları Fəxri və Şəhidlər xiyabanında olublar - YENİLƏNİB - FOTO

8 Aprel 2014 11:50
11:50

AzərTAc xəbər verir ki, Bakıda keçirilən MDB dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının iştirakçıları aprelin 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

-----------
09:37

Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçirilir.

Trend-in məlumatına görə, iclas iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.
Qeyd edək ki, MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası ilk dəfədir Azərbaycanda keçirilir.

Milli.Az

----------
11:50

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: AzərTAc