Manaf Ağayev təmtəraqlı yubiley qeyd etdi - YENİLƏNİB - FOTOSESSİYA

8 Aprel 2014 10:13

Ötən gün tanınmış müğənni Manaf Ağayev 50 yaşını qeyd edib

09:30

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Manaf Ağayev 50-illik yubiley yaşını təmtəraqla keçirməyi qərara alıb. Belə ki, Ağayev ötən gün müğənni Elçin Hüseynovun restoranında bütün tanınmışları və ailə üzvlərini  başına yığaraq yubiley yaşını keçirib.

Manaf Ağayevin 50-illik yubiley günüdə xalq artistləri Mənsum İbrahimov, Baloğlan Əşrəfov, əməkdar artistlər Zöhrə Abdullayeva, Mətanət İsgəndərli, Cavanşir Məmmədov, Yusif Mustafayev, müğənnilərdən Elçin Hüseynov, Xatirə İslam, Zemfira İbrahimova, Emil Bədəlov, Mətanət Əsədova, Nüşabə Ələsgərli, Əlikram Bayramlı, Roza Zərgərli və digər məşhurlar iştirak ediblər.

Milli.Az


-----------
10:13

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: gecce.az, publika.az, pressaz.com