Avstraliyanın Pert şəhərinin sakini, 28 yaşlı Dana Vulinin həyatı Milad bayramında qatıldığı ziyafət gecəsində dəyişdi. Daha doğrusu, alt-üst oldu.
Dana həmin gecədə tanışlarından biri ilə söhbətləşib. Bunu həmin kişinin arvadı görüb və qısqanıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Natali Dimitrovska adlı qadın Danaya sürəkli zəng etməyə, "o gözəl simanı məhv edəcəyəm" deməyə başlayıb.
2001-ci ilin fevralın 16-da narkotik maddələrin təsiri altında olan N.Dimitrovska Dananın evinə gəlib. O, əlindəki butulkanın içindəki spirti Dananın üzünə tökərək od vurub.
3-cü dərəcəli yanıqlar Dananın vüculunun 64 faizini yandırmışdı. Çoxsaylı plastik cərrahiyyə əməlyyatlarına məruz qalan Dana Vulin illər boyu üzündə maska yaşamaq məcburiyyətində qalıdı.
Üstəlik, onun analıq yolunda xərçəng şişi də aşkarlanmışdı. Bədbinliyə qapılmayan Dana yenidən əməliyyata məruz qalıb və cərrahlar işini kəsib götürəndən sonra xəstəlik tam sağalıb.
Dana maskasını "Channel Seven's Sunday Night" proqramında çıxarıb.
"Üzümdəki maska mənə heç nəyi hiss etdirmirdi. Sanki simam yoxdu. Mənim taleyimi yaşayan insanlara bir sözüm var: ruhdan düşməyin! Ölmək daha asandır. Fəqət mən həyatda heç vaxt asan yolları seçməmişəm. Bəziləri vücudumla bağlı nə düşündüyümü soruşur. Mən bu lənətlə qürur duyuram", - Dana Vulin söyləyib.
Milli.Az















