Abşeronda zəncirvarı yol qəzası olub, iki nəfər yaralanıb - FOTO

8 Aprel 2014 09:11
Ötən gecə Bakının Abşeron rayonunda sərnişin avtobusu iki avtomobilə çırpılıb.

APA-nın məlumatına görə, hadisə Bakı-Quba yolunun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
Niftalı Məmmədov idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili ilə Sumqayıt istiqamətində hərəkətdə olarkən maşını magistral yolun kənarında saxlamaq istəyib.
 
Bu vaxt Taleh Talıbovun idarə etdiyi və 35 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu "Toyota Prado"ya arxadan çırpılıb.  Elman Fərəcova məxsus  "Kia Pregio" markalı mikroavtobus isə sərnişin avtobusuna dəyib.
 
Nəticədə mikroavtobusda olan iki sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb.
 
Faktı Binəqədi Rayon Yol Polisi Şöbəsi araşdırır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.