Mətbəx sirləri: Fındıqlı şokolad yağı

8 Aprel 2014 07:00
Milli.Az ev şəraitində səhər yeməyi üçün fındıqlı şokolad yağının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 yumurta
3 st. şəkər tozu
2 x.q. kakao
4 x.q. un
1 çimdik vanil
1 st. fındıq
1 ç.q. kərə yağı
2 st. süd

Yumurtanı şəkər tozu ilə yaxşıca çalın. Un, kakao, xırdalanmış (ən yaxşısı qozçəkən maşından keçirilmiş) qovrulmuş fındıq, kərə yağı, vanil əlavə edib qarışdırın. Sonra süd əlavə edib yenə yaxşıca qarışdırın. Alınan qarışığı vam odda qatılaşanadək qarışdıraraq bişirin.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az