Anelkanın gəzmədiyi diyar qalmadı

7 Aprel 2014 18:45

Anelka Braziliya çempionatında

Son olaraq "Vest Bromviç"də oynayan Nikolas Anelka futbolçu karyerasını Braziliyada davam etdirəcək.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, fransız hücumçu "Atletiko Mineyro"ya transfer olunub. Klubun prezidenti Aleksandr Kalil "Tvitter" hesabından bu transferi təsdiqləyib. Beləliklə, Anelka Ronaldinyo ilə eyni klubun şərəfini qoruyacaq.

Qeyd edək ki, Anelka "Vest Bromviç"də oynadığı vaxtı irqçi hərəkət səbəbindən beş oyunluq cəzalandırılmışdı. Həmin cəzanın ardından təcrübəli futbolçu klubu tərk etmişdi. Anelka buna görə də "Atletiko Mineyro" ilə beş matçda oynamayacaq.

Milli.Az