Avrokuboklarda mövsümün son püşkü nə vaxt atılacaq?

7 Aprel 2014 18:19

Avrokuboklarda mövsümün son püşkünün vaxtı məlum oldu

UEFA Çempionlar Liqası və Avropa Liqasının yarımfinal mərhələlərinin püşkünün vaxtını açıqlayıb.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi aprelin 11-də Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu dəfə hər iki turnirin püşkü eyni vaxtda atılacaq. Belə ki, ilk öncə Çempionlar Liqasının, ardından Avroliqanın yarımfinal cütlükləri bəlli olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında bütün yarımfinalçılar aprelin 9-da, Avroliqada isə aprelin 10-da müəyyənləşəcək.

Milli.Az