Bu xəbər "Real" azarkeşlərini "dəli" edəcək

7 Aprel 2014 18:16

""Real"a yenə dörd qol vurmaq istəyirəm"

"Borussiya"nın hücumçusu Robert Levandovski sabah "Real"a qarşı keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu ərəfəsində iddialı açıqlama verib.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, polşalı hücumçu ilk matçdakı 0:3 hesablı məğlubiyyətlərinə baxmayaraq, təkrar görüşə ciddi kökləndiklərini və yarımfinala çıxmaq üçün sonadək mübarizə aparacaqlarını deyib.

"Mən bu oyunda da "Real"a dörd qol vurmaq istəyirəm (Levandovski ötən mövsüm ÇL-in 1/4 finalında "Real"a 4:1 hesabı ilə qalib gəldikləri oyunda dörd qol vurmuşdu - red.). Əlbəttə, həm bu qədər qol vurmağımın, həm də növbəti mərhələyə çıxmağımızın nə qədər çətin olduğunu başa düşürəm. Amma biz yarımfinala çıxacağımıza inanırıq", - o bildirib.

Milli.Az