Striptizçi qızlar qazanclarını xeyriyyə işinə ayırırlar

7 Aprel 2014 18:03
Rusiyanın Rostov-Don şəhərində çalışan striptizçi qızlar bir günlük qazanclarını Krımdakı "Artek" uşaq düşərgəsinə ayıracaqlar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, "Provinsiya" striptiz klubu belə bir xeyriyyə aksiyası keçirməyə qərar verib. 

"Biz bilirik ki, Krım Rusiyanın bir hissəsinə çevrilib. Məşhur düşərgə qapanıb", - klubun əməkdaşı Lana deyir. 

"Biz qızlarla qərara gəldik ki, xeyir işdən kənarda qalmayaq. Bu gün qazandığımız bütün pulları Krıma göndərəcəyik". 

"Provinsiya" striptiz klubunun rəhbəri Sergey Semkin deyir ki, "Artek" uşaq düşərgəsinin bağlanmasını televiziya reportajlarında görüb. 

"Təəssüf ki, uşaq vaxtı hər birimizin arzuladığımız düşərgə bağlanıb. Biz öz tərəfimizdən düşərgənin işinin bərpası üçün təşəbbüs göstərək. Ümid edirik ki, ora yenidən açılacaq", - o qeyd edib. 

Klubun müştəriləri də təşəbbüsü dəstəkləyiblər və onlar da "Artek"ə pul göndərmək qərarına gəliblər. 

Milli.Az