Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Samir Qurbanov Trend-ə bildirib ki, əvvəllər Azərbaycanda qadınlar arasında süd vəzisi xərçənginə 55-65 yaşlı qadınlar arasında rast gəlinirdisə, bu gün artıq bu xəstəliyə daha çox 45-50 yaşlı insanlar arasında rast gəlinir. Bu isə süd vəzisi xərçənginin cavanlaşdığını göstərir: "Əvvəllər biz 25-28 yaşlı qadınlar arasında süd vəzisi xərçənginə tutulma halına rast gəlmirdik. Ancaq indi hər il 22-28 yaş arasında olan azı 10-12 xəstə görürük. Bu, hədsiz dərəcədə acınacaqlı haldır".Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb. Əvvəlki illərdən fərqli olaraq, artıq ölkədə bu xəstəliyə 22-28 yaşlı qadınlar da tutulur