Salyanda qoyun oğruları tutuldular - FOTO

7 Aprel 2014 16:55

Dəstə üzvləri 7 baş xırdabuynuzlu heyvan oğurlayıb

Salyan polisi qoyunlara qənim kəsilən bir qrup cinayətkarı yaxalayıb. İstintaq zamanı həmin şəxslərin digər ərazilərdə də müxtəlif vaxtlarda xırdabuynuzlu heyvanlar oğurladıqları məlum olub.

Milli.Az CTV-yə istinadən xəbər verir ki, Salyan şəhər sakini Zabil Zakir oğlu Cəfərov yaşadığı fərdi evin həyətyanı sahəsindəki tövlədən naməlum şəxs və ya şəxslər tərəfindən 7 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılır. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı Salyan şəhər sakinləri Şəhriyar Yasər oğlu Ağamalıyev, Orxan Namiq oğlu Abbasov Oruc Zakir oğlu Mehdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxslər qismində saxlanılaraq istintaqa təhvil verilir.
 

Qeyd edək ki, saxlanılan Şəhriyar Ağamalıyev, Orxan Abbasov və Oruc Mehdiyev əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.