Avtomobil ağaclara çırpıldı: 2 yaralı

7 Aprel 2014 16:17

Bu gün günotra saatlarında Ağdam rayonu ərazisində 2 nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Quzanlı-Xındırıstan yolunda "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq ağaclara çırpılıb. Zərbənin təsirindən ağacların bir neçəsi qırılıb.

Qəza nəticəsində Tərtər rayonunda məskunlaşmış Ağdam rayonu Papravənd kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Adıgözəl oğlu Məmmədov və Tərtər rayon sakini, 1995-ci ildə anadan olan Əziz Zöhrəb oğlu Bayramlı xəsarət alıb. Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az