Azərbaycanda fəhlə dənizdə boğuldu - YENİLƏNİB

7 Aprel 2014 18:43

18:43

"Dünyasını dəyişən fəhlənin bizim QSC-yə aidiyyəti yoxdur. O, "Xəzər" MMC-nin əməkdaşı olub".

Bunu APA-ya açıqlamasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin köməkçisi Vüqar Sadıqov deyib.

V.Sadıqov bildirib ki, hadisə barədə xəbər yayıldıqdan sonra dəqiqləşdirmə aparılıb və məlum olub ki, QSC-nin belə əməkdaşı yoxdur: ""Xəzər" MMC isə özəl şirkətdir, gəmi təmiri ilə məşğul olur".

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya bildirib ki, ki, "Xəzər" MMC-nin ARDNŞ-ə və onun prezidenti Rövnəq Abdullayevə heç bir aidiyyəti yoxdur.

Məsələyə "Xəzər" MMC-dən münasibət öyrənmək olmayıb.


---------
16:47

"Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-də bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
 

"Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi"nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


---------
16:08

Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən "Xəzər" MMC-də dəhşətli faciə baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Xəzər Gəmiçiliyindəki mənbədən verilən məlumata görə, "General Əlağa Şıxlınski" kran gəmisinin təmiri zamanı "Xəzər" MMC-nin iki fəhləsi gəmi ilə körpünün arasında qalaraq, dünyasını dəyişib. Hazırda hadisə yerində Xəzər Dəniz Gəmiçiliyi QSC-nin və "Xəzər" MMC rəhbərliyinin olduğu söylənilir.

Xəzər Dəniz Gəmiçiliyi QSC-dən belə bir məlumata malik olmadıqlarını bildirdilər.

Milli.Az