Azərbaycanlı aktrisanı canlı yayımda kim pərt etdi?
7 Aprel 2014 16:04
ANS-in efirində aktrisa Fidan Axundovanı pərt ediblər. Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Bazar səhəri Rövşanə ilə" verilişində qonaq olarkən Rövşanə aktrisa Fidana gələn SMS-i oxuyub:
"Xanımlıqdan danışır, amma utanmır, ayağını ayağının üstünə aşırıb".
Mesajdan özünü itirən aktrisa əsəblərini cilovlaya bilməyib: "Mən uzun əlbisə geyinmişəm və buna görə, ayağımı ayağımın üstünə aşırmışam. Belə də ki, lap əcəb eləmişəm".
Milli.Az