"Hamı məni Mətanət İsgəndərliyə bənzədirdi"

7 Aprel 2014 15:49
Əməkdar artist Nüşabə Ələsgərli köhnə imicinə qayıdıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Günəbaxan" verilişinə qonaq olan müğənni saç düzümündəki dəyişikliyin səbəbini  belə açıqlayıb:

"Hamı məni Mətanət İsgəndərliyə bənzədirdi. Ona görə də, saç düzümümü dəyişdirmişdim. Rəngini tündləşdirib, qabarıq etdirmişdim. İndi yenə əvvəlki imicimə qayıdıb sarışın oldum. Məni Mətanət xanıma bənzətmələri xətrimə dəymir. O da sevdiyim sənət dostlarımdandır".

Milli.Az