Ukraynanın daha bir şəhəri Rusiyaya birləşmək qərarı verdi

7 Aprel 2014 15:43
Donetsk vilayətinin xalq şurası Donetsk Respublikası yaratmaq və Rusiyanın tərkibinə keçmək niyyətini bəyan edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq mayın 11-də referendum keçirilməsi barədə qərar da qəbul olunub. 

"Donetsk xalq respublikası Donetsk vilayətinin inzibati sərhədlərində yaradılacaq. Qərar referendumdan dərhal sonra qüvvəyə minəcək", - şuranın qərarında deyilir. 

Qeyd edək ki, Kiyevin hazırkı hökumətinə qarşı çıxan Donetsk sakinləri etiraz aksiyaları keçirirlər. Onlar vilayətin inzibati binasını tutublar. Mitinq zamanı Donetsk vilayətinin xalq şurası yaradılıb. 

Milli.Az