Bu qadın lax yumurta iyi verir - FOTO

7 Aprel 2014 16:07

İngiltərənin Oksfordşir qraflığındakı Ebinqdon şəhərində yaşayan Elli Ceyms çox nadir rastlanan xəstəliyə düçardır.

44 yaşlı qadın artıq 14 ildir ki, lax yumurta və balıq iyi verir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mübtəla olduğu trimetlaminurya sindromu qadının həyatını əzab və ağrılara çevirib.

"Bəzən lax yumurta, bəzən də ilənmiş balıq iyi verirəm. Rasionumda ət, süd, qəhvə və balıq olanda vücudumun qoxusu lap pis olur. Rasionuma tam nəzarət etsəm də, pis qoxudan qurtula bilmirəm. Ətrafımdakı insanların iyrənməməsi üçün günboyu vücuduma parfüm vururam, krem çəkirəm. Həkimlərin dediklərinə görə, xəstəliyimin müalicəsi yoxdur", - Elli Ceyms deyib.
 

Zavallı qadının dediyinə görə, xəstəlik nəticəsində bədəni lax yumurta qoxuyan ferment ayırdığından çox utanır.
 

Əzab çəkdiyini vurğulayan qadın gündə 5 dəfə çimdiyini, imkan düşən kimi əllərini və üzünü sabunla yuduğunu deyən Ellim Ceymsin sözlərinə görə, nəfəsi də pis qoxuyur.
 

"14 il əvvəl anladım ki, bəlaya düçar olmuşam. Ofisdə, küçədə, ictimai yerlərdə yanımdakı insanların iyrənərək burunlarını tutmalarının səbəbini anlamırdım. Axı tər qoxumurdum, vücudumu təmiz saxlayırdım, gigiyena qaydalarına riayət edirdim. Sonra evdə pis qoxunu hiss etdim. Sanki pişik ölü siçanı gətirib harasa qoymuşdu və o leş də aylarla orada qalaraq ilənmişdi.

Başçılıq etdiyim şirkətdə də insanların arxamca danışdıqlarını eşidirdim. Hər axşam evə gələndə ağlayırdım. Bayramlarda mənə ətir hədiyyə etməyə başladılar. Bir dəfə isə sabun verdilər. Özümü alçalmış, təhqir olunmuş hesab etdim", - Elli Ceyms söyləyib.
 

Milli.Az

Xəbərin mənbəyi: It took seven years to solve riddle of rare condition that made Ellie a social outcast: Company director has disorder that leaves her smelling of fish

Böyütmək üçün şəkillərə klikləyin.