Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı intihar edib

7 Aprel 2014 15:01

Azərbaycan Ordusunun zabiti intihar edib

Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.

Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb.

Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları gəliblər, intiharın səbəbləri araşdırılır.

Milli.Az