Rodosa getmək istəyən azərbaycanlılara müjdə

7 Aprel 2014 15:11

Bu ilin iyun ayından sentyabr ayına qədər Baku-Rodos marşrutu üzrə çarter aviareysi açılacaq

Bunu APA-ya Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas bildirib.

Onun sözlərinə görə, keçən il açılan Bakı-Afina-Bakı aviareysi bir sıra səbəblərdən səmərəli olmayıb.

Qeyd edək ki, Rodos ərazisinə görə Yunanıstanın dördüncü adasıdır.

Milli.Az