Milli.Az xəbər portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni seriyada "ixtiyar"lar Polad Alemdara işin öhdəsindən gələ bilmədiyini və vəzifəsindən getməli olduğunu bildirir. Bu qərar Polatı şoka salır.
Yeni seriyada Şahmeranın dəstəsində olan "Mossad" casuslarından biri Polat Alemdarın üstünə gedir və "o, hər şeyini, canını da itirəcək" deyir.
"İxtiyar"lar Polat Alemdardan Türkiyəni tərk etməsini istəyirlər. Ünsal onun tabel silahını əlindən alır. Amma Polat silahından bir güllə çıxarır və "bunu sənə çatdıracam" deyə Ünsalı hədələyir.
"Kurtlar Vadisi Pusu"nun 100-cü seriyası noyabrın 11-də nümayiş olunacaq.