Dünyanın ən güclü noutbuku göstərildi

7 Aprel 2014 20:56
Eurocom şirkəti dünyanın ən güclü M4 noutbukunu təqdim edib. 13.3 düymlük ekranın təsvir ölçüsü 3200×1800 nöqtə təşkil edir, 2 QB yaddaşa malik NVIDIA GeForce GTX 860M qrafika kartı quraşdırılıb. Qurğu 3,1 QHs takt tezlikli son nəsil dördnüvəli Intel Core i7 prosessoru ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Eurocom M4 noutbuku 16 QB-dək əməli yaddaş və ümumi həcmi 3.5 TB-dək 3-dək daşıyıcının quraşdırılmasını dəstəkləyir.

Əməliyyat sistemi kimi Windows 7 və ya Windows 8.1 təklif edilir, həmçinin öncədən quraşdırılmış ƏS-dən imtina etmək olar. Qurğunun çəkisi batareya ilə birgə 2 kq təşkil edir, ölçüləri 330×227×31,9 mm-ə bərabərdir.

Milli.Az