Hava limanlarında pulsuz internet olacaq

7 Aprel 2014 23:53
Tailandın böyük hava limanları aprel ayı ərzində sərnişinlərə simsiz internetə pulsuz çıxış təqdim etməyə başlayacaq. Bu barədə Airports of Thailand aviaşirkətindən bildirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda pulsuz Wi-Fi çıxış nöqtələri aeroportların yalnız xüsusi ayrılmış zonalarında fəaliyyət göstərsə də, apreldə bütün terminallar internetə çıxış imkanına malik olacaq. Bu, aeroportların xidmət səviyyəsini beynəlxalq səviyyəyə qaldıraraq sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini xeyli yaxşılaşdıracaq, - Airports of Thailandın xüsusi nümayəndəsi Sit Divari deyib.

Onun sözlərinə görə, hər bir sərnişin iki saat pulsuz internetdən istifadə edə biləcək. Bağlantının maksimal sürəti saniyədə 10 meqabayt təşkil edəcək.

Milli.Az